02–07 mart tarixlərini əhatə edən “İdman Həftəsi” çərçivəsində liseyimizdə silsilə maarifləndirici tədbirlər keçirilir. Bu tədbirlərdən biri 04 mart tarixində kimya müəllimi Ülviyyə Eyyubovanın rəhbərliyi ilə 8A sinfində təşkil olunmuşdur.
Tədbirin mövzusu “Sağlam qidalanma” olmuşdur. Görüş zamanı şagirdlərlə zərərli qidaların insan orqanizminə təsiri, eləcə də sağlam qidaların orqanizm üçün faydaları haqqında ətraflı müzakirələr aparılmışdır.
Şagirdlər tədbirdə aktiv iştirak etmiş, mövzu ilə bağlı öz fikirlərini sərbəst şəkildə ifadə etmiş və sağlam həyat tərzinin əhəmiyyəti barədə biliklərini bölüşmüşlər. Tədbir şagirdlərdə düzgün qidalanma vərdişlərinin formalaşdırılması və sağlam həyat tərzinin təşviqi baxımından olduqca faydalı olmuşdur.






