30 yanvar 2023-cü il tarixdə Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin kollektivi ilə 2022-2023-cü tədris ilində I yarımilin yekunlarına dair Pedaqoji Şura iclası təşkil edilib.
İclasda I yarımildə təşkil olunan imtahanlarda, yarışmalarda, olimpiadalar və ya digər müsabiqələrdə şagirdlərimizin göstərdikləri nəticələr haqqında məlumat verilib.
Direktor müavinlərinin hesabatları dinlənilib.
Bundan sonra qarşıda duran hədəflər, hədəfə gedən addımlarla bağlı müzakirələr aparılıb.