31.01.2025-ci il tarixində I yarımilə dair Pedaqoji Şura iclası keçirilib.
İclasda tədris prosesinin gedişatı təhlil edilib, şagirdlərimizin dərs müvəffəqiyyəti, onların iştirak səviyyəsi və ümumi tədris prosesindəki nəticələri təhlil olunub.
Liseydaxili imtahanlarda, RFO, Sabahın Alimləri, Beynəlxalq və layihələr, eləcə də müxtəlif müsabiqə və yarışlarda əldə olunan nəticələrin statistikaları müzakirə edilib.
Bununla yanaşı, ikinci yarımildə görüləcək işlər barədə ətraflı danışılıb. Təhsilin keyfiyyətinin, şagirdlərin fənlərə marağının daha da artırılması, fənn müəllimlərimizin və eyni zamanda sinif rəhbərlərimizin fərdi yanaşma metodlarının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.
Sonda bütün kollektivə İkinci yarımildə sağlam və daha uğurlu fəaliyyətlər arzu edilib.