"Heydər Əliyev mərkəzi"nə ekskursiya

23 Yanvar 2014

Yanvar ayının 23-də liseyin 11a2 sinif şagirdləri və tarix müəllimi Rüfət müəllim "Heydər Əliyev mərkəzin"də təşkil olunmuş ekskursiyada oldular. Şagirdlər dahi şəxsiyyət, xalqımızın qürur duyduğu Heydər Əliyevin siyasi səhnədə atdığı uğurlu addımları dərindən öyrəndilər. 
Mərkəzi zalda ucaldılmış Heydər Əliyevin möhtəşəm monumenti qarşısında xatirə şəkli çəkdirdilər. Bununla yanaşı digər heykəlləri də böyük heyranlıqla seyr etdilər. Heykəltaraş N.Əliyev tərəfindən ucaldılmış heykəllər haqqında məlumat topladılar. 
Burada nümayiş etdirilən rəssam R.Mehdiyevin mahircəsinə kətana köçürtdüyü "İlandağı"  tablosu şagirdlərdə böyük maraq doğurdu. Bunlarla yanaşı, məşhur rus rəssamı N.Safrovun əsərini də heyranlıqla seyr etdilər. 
 
Şagirdlər Heydər Əliyevin həyatı ilə bağlı yaradılmış kitabxanada da oldular. Mərkəz internet şəbəkəsinə qoşulduğu üçün H.Əliyevin siyasi fəaliyyəti ilə bağlı məlumatları  şagirdlər onların saytından ala bilərlər. 
Yaxşı deyiblər ki, tarixini öyrənməyən xalqın gələcəyi olmaz. Bu ekskursiya gələcək naminə tarixə səyahət baxımından çox əhəmiyyətli oldu.