Akademik Zərifə Əliyeva adına liseydə ümumilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib. İlk olaraq liseyin direktoru Mehriban Vəliyeva açılış sözü ilə çıxış edib və bu günü anmaq üçün bir dəqiqəlik sükut elan edib. O Heydər Əliyev haqqında xatirələrini şagirdlərlə bölüşüb, onlara dahi şəxsiyyətin irsinin araşdırılmasının önəmini izah edib.
Daha sonra tarix müəllimi Zemfira Məhəmmədova çıxış edib və maraqlı faktları şagirdlərlə bölüşüb.
Tədbirin 2-ci qismi tarix müəllimi Rüfət Rızayevin təşkilatçılığı ilə baş tutub. O da öz növbəsində şagirdlərə Heydər Əliyev və onun həyat yolu haqqında məlumatlar çatdırıb. Şagirdlərə qısa film nümayiş etdirilib.
müəllim və şagird kollektivi 11 dekabr tarixində ulu öndər Heydər Əliyevin anım günü münasibətilə Fəxri xiyabana yürüş ediblər. Heydər Əliyevin məzarına əklil və güllər qoyub, bir dəqiqəlik sükutla dahi şəxsiyyəti yad ediblər.