Gələcəyimizi seçirik

03 Dekabr 2024

02.12.2024-cü il tarixində DİN-in Polis Akademiyasının kafedra rəisi, polis polkovniki Elçin Orucov liseyin qonağı oldu. E.Orucov şagirdlərə Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi, eləcə də yeniyetmələrdə vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində söhbətlər apararaq Akademiyaya qəbul qaydaları, kursantların maddi, sosial təminatları, imtiyazları barədə ətraflı danışdı. Növbəti tədris ilindən hüquqşünaslıqla yanaşı İnformasiya təhlükəsizliyi ixtisası üzrə də kursant qəbulunun həyata keçiriləcəyi nəzərə alınaraq qəbulun şərtləri barədə məlumat verdi.

Polis Akademiyasının maddi-texniki imkanlarını özündə əks etdirən  videoçarx nümayiş etdirildi. E.Orucov şagirdləri maraqlandıran suallara ətraflı cavablar verdi.Tədbirin sonunda şagirdlərə  Akademiya  haqqında məlumatları özündə əks etdirən bukletlər paylanıldı.
Liseyin direktoru  F.İsayeva öz çıxışında dəyərli vaxtını ayırıb liseyin şagirdləri ilə görüşə gəldiyi üçün  polis polkovniki Elçin Orucova öz təşəkkürünü bildirdi.