Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 dekabr tarixli 1938 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş tədbirlər davam edir. Liseyin psixoloqu Rima Kərimova şagirdlərlə “Etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətin davam etdirilməsi” mövzusunda tədbir keçirib.