Bu gün liseydə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü qeyd olundu.
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Liseyin şagirdləri də bütün Azərbaycan xalqı kimi hər il 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük məhəbbət və minnətdarlıq hissi ilə qeyd edirlər.
Tədbirin əvvəlində Ümummilli liderin xatirəsi bir dəqiqiəlik sükutla yad edildi.
Liseyin 11a2 sinif şagirdləri Yunis Məhəmməd və Tağızadə Teyubə Ümumilli liderin həyat və fəaliyyətini özündə əks etdirən təqdimatla çıxış etdilər.Tədbirin sonunda liseyin direktoru Fərqanə İsayeva çıxış edərək hazırladıqları maraqlı təqdimata görə şagirdlərə minnətdarlığını bildirdi. Fərqanə xanım çıxışında qeyd etdi ki, tarixi şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir.