Liseyin bir qrup şagirdləri Azərbaycan Milli Aviasiya Akademiyasında maarifləndirici ekskursiyada olublar

06 Dekabr 2025

5 dekabr 2025-ci il tarixində, Akademik Zərifə Əliyeva adına liseyin 9r1 sinif şagirdləri Azərbaycan Milli Aviasiya Akademiyasına maarifləndirici ekskursiya etmişlər. Ekskursiya sinfin valideynlırindən olan Samirə xanım Əhmədovanın təşəbbüsü və təşkilatçılığı, həmçinin liseyin Valideyn-Məktəb-Müəllim (VMM) əməkdaşlığı çərçivəsində həyata keçirilmişdir. Ekskursiyada liseyin müəllimləri – sinif rəhbəri Aynurə İsmayılova və riyaziyyat müəllimi Elvina Babayeva da iştirak etmişlər. Səfər zamanı şagirdlər Milli Aviasiya Akademiyasının müxtəlif tədris laboratoriyaları, təyyarə modelləri, aviasiya texnikası və simulyator otaqları ilə tanış olmuş, praktiki mühitdə maraqlı məlumatlar əldə etmişlər.