Ey mavi göylərdə üç müqəddəs rəngi ilə dalğalanan bayragim!
Ey bacımın gəlinliyi, ey şəhidimin son örtüyü!
Ey döyüş qartalı, ey sülh göyərçini!
Ey tarixim, şərəfim, ruhum, mənəviyyatım!
Mən bir bayraq tanıyıram:
Dalğalandığı yerdə nə qorxu, nə kədər var.
Dünyanı işıqlandırmağa ay-ulduzunun əbədi parıltısı yetər.
Sinəsi ulduzlu, üzü ay kimi nurludur.
Bayraq deyil, uca zirvələrdə dalğalanan şəhidlərimizin qanıdır.
Onun dalğalandığı yurdda doğulduq və orada da öləcəyik.
O yurd ki, ona sevgimizi və sədaqətimizi dəryalar mürəkkəb, meşələr qələm olsa yazıb bitirə bilməz.
Bayraq günümüz mübarək olsun!