Liseydə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə liseyin direktoru Mehriban Vəliyeva açdı. Öz çıxışında
M. Vəliyeva “Həmrəylik Günü”nün əhəmiyyətindən danışdı və hər kəsi təbrik etdi. Ötən il ərzində qazanılmış uğurlardan danışan M.Vəliyeva şagirdləri Fəxri fərman, Diplom və Sertifikatlarla təltif etdi. Tədbir şagirdlərin hazırladıqları maraqlı çıxışlarla davam etdi.