14 iyun 2018-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə ənənəvi “Son zəng” tədbiri keçirildi. Rəsmi hissəni liseyin direktoru Mehriban Vəliyeva açıq elan etdikdən sonra 11-cilər hazırladıqları rəqs və musiqi nömrələri ilə çıxış etdilər. Ənənəvi kubok təqdimetmə mərasimi keçirildikdən və lisey şagirdləri onların üzərində əvəzsiz əməyi olan müəllimlərindən halallıq istədikdən sonra Son Zəng çalındı.