08 aprel 2025-ci il tarixdə liseymizdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə və Aprel döyüşlərinə həsr olunmuş “Acılı və qürurlu tariximiz” adlı hərbi bilik yarışması keçirildi. 11-ci sinif şagirdləri 1918 cilin mart-may aylarında Bakıda, Şamxıda, Qubada, Naxçıvanda, İrəvanda törədilən qırğınlar haqqında ətraflı məlumat verdilər. Tədbirimizin qonağı Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Çağırışaqədərki Hazırlıq İdarəsinin rəisi polkovnik Füzuli İsmayılov çıxışında şagirdlərimizin təqdimatlarını yüksək qiymətləndirdi və bu hadisələrlə bağlı əlavə məlumatlar verdi. Sonra aprel döyüşlərinin iştirakçıları Müdafiə Nazirliyinin polkovniki Eldəniz Sadıqov və kapitan Hikmət Məmmədov əməliyyatlar zamanı hərbi qulluqçularımızın fəaliyyətləri haqqında danışdılar. Liseyimizin hərbi rəhbəri Qılman Eyvazov bu döyüşlərin əhəmiyyəti haqqında çıxış etdi. 9 və 10-cu sinif şagirdləri “Acılı və qürurlu tariximiz” haqqında hazırladıqları plakatları nümayiş etdirdilər. Sonda 10-cu siniflərin komandaları arasında ənənəvi hərbi bilik yarışması keçirildi. 10 A4 sinfinin komandası I, 10a1 sinfini iki komandası II və III yerləri tutdular. Liseyimizin direktor müavinləri Samirə Məsimova və Aynur Hüseynova qalibləri təbrik və diplomlarla mükafatlandırdılar.
Acılı və qürurlu tariximiz
08 Aprel 2025






