14 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin kollektivi ilə 2022-2023-cü tədris ilinin ilk Pedaqoji Şura iclası təşkil edilib. İclasda ilk öncə qəhrəman şəhidlərimizin və eləcə də 2021-2022 tədris ilində liseyimizin məzunu olan Quliyev İlhamın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Liseyimizin direktoru Fərqanə İsayeva yeni tədris ilinin başlaması münasibətilə kollektivi təbrik edib, onlara qarşıda duran bu böyük məsuliyyətli işlərində bol-bol uğurlar arzulayıb.
Daha sonra direktor müavinlərinin 2021-2022-ci tədris ilindəki nəticələr əsasında hazırladıqları hesabatlar kollektivin diqqətinə çatdırılıb. Yeni tədris ilində təkliflər verilib, qarşıda duran məsələlər, hədəflər və gündəlikdəki məsələlər müzakirə edilib.