“Xəlil Rza Ulutürkün “Mənim dilim” şeirinin təhlili” mövzusunda keçirilən açıq dərs
15 Fevral 2016
Liseyimizdə “Ana dili” aylığı davam edir. 15 fevral 2016-cı il tarixində aylıqla əlaqədar növbəti açıq dərs keçirildi. Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Xəlilovanın “Xəlil Rza Ulutürkün “Mənim dilim” şeirinin təhlili” mövzusunda 9a4 sinfində verdiyi açıq dərs Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində yeni təhsil proqramının (kurikulumun) tələbləri əsasında hazırlanmışdır. Dərsdə fəal dərsin bütün mərhələləri uğurla həyata keçirildi. Müəllim BİBO, müzakirə, karusel, söz assosasiyası, problemli situasiya üsullarından istifadə etdi. Qiymətləndirmə standartlardan irəli gələn meyarlar əsasında aparılır. Dərsin sonunda şagirdlərin hazırladığı “Mən ana dilimi necə görürəm?” adlı rəsm layihəsi hamını heyran etdi.