"Təhlükəsiz texnologiya anlayışı"

24 Oktyabr 2024

16-23 oktyabr tarixlərində liseyin 9-cu siniflərində “Təhlükəli informasiya anlayışı” adlı dərs keçirilib. Həyat bilgisi fənnini tədris edən Ülviyyə Eyyubovanın hazırladığı dərsdə  şagirdlər informasiyanın əldə edilməsi yollarını araşdırıblar.

İnformasiya kanalının mötəbərliyi və etibarlılığının vacibliyini anlamaq üçün rollu oyun təşkil edilib. Oyunda iştirak edən şagirdlər öz təəssüratları ilə bölüşüblər.

Dərsin sonunda informasiyanın düzgün , inanılmış mənbələrdən əldə edilməsinin daha təhlükəsiz oduğu qənaətinə gəliblər.