20 oktyabr 2015-ci ildə Akademik Zərifə Əliyeva adına liseydə Koreya Respublikasının bir sıra nüfuzlu universitetinin professor-müəllim heyəti ilə görüş baş tutdu. Qonaqlar pilot sinif olan 10R3 sinfində "Qədim Roma" mövzusunda keçirilən inteqrativ-innovativ tarix dərsində iştirak etdilər. Tarix müəllimi Məhəmmədova Zemfira xanım dərsi ingilis və rus dillərində aparmaqla yanaşı, eyni zamanda dərsin gedişində "flipped classroom" və modul sistem kimi yeni tədris metodlarından istifadə etdi. Tarix dərsində müəllim və şagirdlər dərin bilikləri ilə yanaşı, İKT-dən istifadə bacarıqlarını da nümayiş etdirdilər.