Hərbi topoqrafiya
16 Aprel 2014
16.04.2014-cü il tarixində liseyin hərbi müəlliminin rəhbərliyi ilə “Hərbi Topoqrafiya” mövzusunda ərazidə açıq dərs keçirildi. Dərsdə ağacların, bitki örtüyünün və digər təbii-əyani vəsaitlərin köməyi ilə ərazidə üfiqin səmtlərinin müəyyənləşdirilməsi, xəritədə olduğumuz yerin müəyyənləşdirilməsi, hədəfə qədər olan məsafənin müəyyənləşdirilməsi kimi suallar praktiki olaraq yerinə yetirildi. Bu açıq dərs şagirdlərin böyük marağına səbəb oldu.