12 noyabr 2019 cu il tarixdə liseyin 9a1 sinfində Fizika fənnindən "Yarımkeçiricilərin aşqar keçiriciliyi" mövzusunda nümunəvi interaktiv dərs təşkil olunmuşdur. Fənn müəllimi Hədiyyə Qənbərovanın təşkil etdiyi dərsdə 2.1.3., 2.1.4. standartları müəyyən olunmuş bacarıqlar əsasında reallaşdırıldı. Şagirdlər cütlər daxilində qazandıqları bacarıqları nümayiş etdirdilər. Sonda dərs iştirak edən müəllimlərin müzakirəsi əsasında təhlil olundu.