14.04.2022-ci il tarixində liseyin fəaliyyət planına əsasən 9A4 sinfində fizika müəllimi Rəşad Xamoyevin hazırladığı “Toplayıcı linzanin fokus məsafəsinin və optik qüvvəsinin təyini” mövzusunda açıq dərs keçirildi.
Şagirdlər əvvəlcə onlara verilmiş toplayıcı və səpici optik linzaların həndəsi ölçülərinə görə əyrilik radiuslarını analitik yolla hesabladılar.
Sonra təcrübələr əsasında toplayıcı linzanın fokus məsafəsini və optik qüvvəsini müəyyən etdilər. Alınmış nəticələr əsasında nazik linza düsturuna görə linza maddəsinin sındırma əmsalını hesabladılar.