Liseydə tarix müəllimləri Pərviz Ağalarovun və Rüfət Rizayevin təşkilatçılığı ilə “ Zəfər tarixi-tarixi zəfər” adlı “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilmişdir. Liseyin 9-cu və 10-cu sinifləri arasında keçirilmiş bu bilik yarışmasında şagirdlərimiz xalqımızın Zəfər tarixi ilə yaxından tanış olduqlarını göstərdilər. Azərbaycan xalqını dünyaya tanıdan elm, mədəniyyət, siyasi xadimləri, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda əvəzsiz xidmətləri olan qəhrəman oğul və qızlarımız haqqında mükəmməl biliyə sahib olduqlarını nümayiş etdirdilər.
Yarışda finala çıxmış komandalardan 10a3 sinfinin “Polad” komandası yüksək səviyyədə bilik sərgiləyərək I yerə layiq görüldü. 9a5 sinfinin “Murov qartalı” və 9a1 sinifinin “Dəmir yumruq” komandaları isə eyni nəticə göstərərək II yerin qalibləri oldular.
Oyunun bütün iştirakçılarına hədiyyələr təqdim olundu.