9r5 sinif şagirdlərimiz tərəfindən Vətənimizin incisi Laçın şəhərinin azad olunmasının ildönümünə həsr edilmiş xüsusi təqdimat keçirilib. 9r5 sinif şagirdləri vətənpərvərlik ruhunda hazırladıqları çıxışlarla Laçının tarixi, coğrafiyası, mədəni irsi və qəhrəmanlıq dolu yolunu diqqətə çatdırdılar. Təqdimatda Laçınla bağlı şeirlər, videoçarxlar və maraqlı faktlar yer alıb. Bu günümüzü bizə bəxş edən bütün şəhidlərimizi ehtiramla yad edir, Laçın kimi doğma torpaqlarımızın əbədi azadlıqda qalmasını diləyirik.
Vətənimizin incisi Laçın şəhərinin azad olunmasının ildönümünə həsr edilmiş xüsusi təqdimat keçirilib
04 Dekabr 2025





