Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin “Meşələri qoruyaq” devizi altında gənc meşəçilər arasında keçirdiyi IV Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Təhsil Nazirliyi və ali təhsil müəssisələri nümayəndələrinin, eləcə də ekspertlərin iştirak etdiyi tədbirdə qeyd olunub ki, müsabiqənin məqsədi uşaq və gənclərin meşəsalma sahəsində biliklərini artırmaqla onlarda ekoloji dünyagörüşün, ətraf mühitə qayğıkeş münasibətin formalaşmasınastimul vermək, eyni zamanda meşələrin qorunması, bərpası, davamlı istifadəsi sahəsində uşaq və gənclərə xüsusi bacarıq və vərdişlərin öyrədilməsindən ibarətdir.