Noyabr ayının 10-da “uşaq hüquqları aylığı” çərçivəsində liseyimizin tarix müəllimi və Ümumrusiya psixoterapevtik liqasının üzvü olan Zemfira xanım Məhəmmədovanın rəhbərliyi ilə maraqlı treninq-seminar-viktorina keçirildi. Uşaq hüquqlarının qorunmasına həsr olunmuş tədbirdə Ümumrusiya psixoterapevtik liqasının üzvü Elnarə xanım Əliyeva də liseyimizin qonağımızı olmuşdur. Liseyin 9-cu sinif şagirdlərinin iştirakı ilə təşkil olunmuş tədbirdə Zemfira xanım uşaq hüquqlarının qorunmasını, uşaq psixologiyası, vəzifələri və hüquqlarını inteqrativ şəkildə birləşdirib şagirdlərə təqdim etdi. Tədbir əsnasında şagirdlər uşaq hüquqları haqqında öz bildiklərini qeyd etdilər və bir çox maraqlı məlumatlar öyrəndilər.