Akademik Zərifə Əliyeva adına liseydə şagirdlər arasında təşkil olunan 3x3 basketbol turniri başa çatmışdır. Ümumilikdə 25 komandanın iştirak etdiyi turnir olduqca rəqabətli və maraqlı idman mübarizəsi ilə yadda qalmışdır.
Gərgin keçən oyunların yekununda mükafatçı yerləri aşağıdakı sinif komandaları qazanmışdır:
-
1-ci yer: 11R2 sinfi
-
2-ci yer: 11R1 sinfi
-
3-cü yer: 10R2 sinfi
Turnirin qalibi olan 11R2 sinif komandasını və digər dərəcə qazanan kollektivləri ürəkdən təbrik edirik. Yarış boyu nümayiş etdirdikləri əzmkar oyun və yaşatdıqları həyəcan dolu anlar üçün bütün iştirakçılara təşəkkürümüzü bildirir, onlara gələcək yarışlarda uğurlar arzulayırıq.





