Gənc proqramistlər dərnəyi
Rəhbər: BDU müəllimi, elmlər namizədi "Şöhrət" ordenli Ramin Mahmudzadə
Dram dərnəyi
Rəhbər: Pantomimo teatrının aktyoru və rejissoru Əməkdar artisti Bəhruz Vaqif Bəhruz oğlu
Dünya teatrdır. Həyat pyesdir. Biz insanlar isə o pyesdə rol alan aktyorlarıq. Hər bir insan teatra öz şəxsi akustikasını gətirir Pyesin həcmi yox, yaxşı oynanılması önəmlidir. Teatr həyati sualların həll olunduğu yüksək dairədir. Teatr ağlı işıqlandırmalıdır. Məhz Akademik Zərifə Əliyeva adına liseydə yaradılan teatr dərnəyinin məqsədi də zehni işıqla aydınlanan, dahilərin əsərlərini oxuyub səhnələşdirərkən ümumbəşəri fikirlərə yiyələnən gənclik yetişdirməkdir.
Rəqs və ritmika dərnəyi
Rəhbərlər: Filarmoniyanın solistləri Nigar Hüseynova və Ramin Hüseynov
Rəqs cismin və ruhun hər hərəkəti sözdən ibarət olan şeiridir. Rəqs incəsənətin anası, ruhun sirli dilidr. Rəqs hiss etdiyiniz ağrını, ümidsizliyi, nifrəti, kədəri dağıdacaq gücə malik olan, ətrafına işıq yayan sevgi dolu günəşdir.
Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri “Rəqs dərnəyi”nə üzv olaraq istər milli, istər Avropa və ya Latın Amerika rəqslərini öyrənməklə, özlərini rəqs ruhuna təslim etməklə cismani və zehni yorğunluqlarından tamamilə azad ola bilərlər.
Gənc jurnalistlər dərnəyi
Rəhbər: Azərbaycan Respublikası Prezidenti yanında bilik fondunun mətbuat katibi Ceyhun Musa oğlu