Məhəmmədova Zemfira Nəcmuddin qızı

arix və ictimai fənlər üzrə müəllimidir.
2008-ci ildə Azərbaycan Respublikasının tarixində ilk dəfə keçirilən “İlin ən yaxşı 100 müəllim ” müsabiqəsinin qalibi olmuşdur.

“Azerbaijan Project Management Association” tərəfindən təşkil olunmuş xüsusi treninqlərdə iştirak etmiş, Layihələrin  İdarə Edilməsi üzrə Sertifikatlaşdırılmış Mütəxəssis adı qazanıb.

1999-cu ildən Açıq Cəmiyyət İnstitutu – Soros Fondunun bir neçə beynəlxalq təhsil proqramlarının fəal iştirakçısı olmuş, bu məqsədlə Moskva, Bakı, Şəki, Lənkəran, Mingəçevir, Gəncə şəhərlərində seminar, treninq və konfranslarında məruzəçi və təlimçi kimi çıxış etmişdir. O, 2000-ci ildə Soros Fondu xətti ilə  müsabiqə qalibi kimi Almanya Federativ Respublikasının Braunşvayq şəhərindəki  Georg Ekkert adına İnstitutun Beynəlxalq Məktəb Dərsliklərinin Tədqiqat Mərkəzinə göndərilmiş və həmin İnstitutun təqaüdçüsü olmuşdur.

1999-2003- çü ildə Soros Fondunun “Tarix dərsliklərinin inkişafı” proqramının tərtibində metodist-koordinator kimi iştirak etmiş, Ali Pedaqoji məktəblərin tələbələri üçün “İçtimai fənlər tədrisində innovativ metodlar” adlı məruzə kursunun müəlliflərindən biridir. Müəllim həmçinin “Orta məktəblərdə tarixin tədrisi – interaktiv müasir üsulların əsasında” regional layihənin koordinatoru və bu kurs üzrə 2001-2008–çi tədris illəri ərzində Baki şəhəri Müəllimləri Təkmilləşdirmə İnstitutunda məruzəçi olmuşdur.

2003-çü ildə ACCELS  tərəfindən  təşkil edilmiş müsabiqənin “Partners in Education” proqramının qalibi kimi Amerikaya dəvət olunmuşdur və orada iki ay ərzində Montana Ştatının Dövlət Universitetində təhsil alıb, həm də müxtəlif təhsil ocaqlarında  ABŞ-nın təhsil sisteminin xüsusiyyətləri ilə tanış olub və Montana Ştatının içtimai fənlərə aid Təhsil proqramları, təhsilin standartlar ilə tanış olub.

ABŞ-da olan zaman Z.Məhəmmədova təhsildə informasiya texnologiyalarının tətbiqi  mexanizmlərinə maraq göstərib və qaidandan sonra həmin bilikləri  məktəbdə tətbiq etməyə çalışır. İnformasiya texnologiyaları  əsasında  fəaliyyət göstərən  AzPMA, IREX, Projekt Harmoni kimi və s. təşkilatlarla birqə iş aparır. Tədris etdiyi siniflərdə  “Tarixi Power Point Təqdimatın əsasında öyrənilməsi ”  layihənin  birinci hissəsini həyata keçirib və bu işin nəticələri 2005-ci il iyun ayında  Təhsil Nazirliyinin Projekt Harmony ilə birqə təşkil etdiyi  “Azərbaycanda Virtual Məktəb”  konfransında PPT- computer proqramının əsasında təqdim etmişdir.

Sabail RTŞ-nin metodisti kimi “Gənc Müəllimlər Məktəbi”nin rəhbəri kimi fəaliyyət göstərirmiş və  informasiya texnologiyalarının  tədrisdə  və tətbiqinin  həyata keçirməsində fəal iş aparırdı.  
2004-cü il avqust ayında IREX-IATP tərəfindən kompyuter biliklərini yaymaq məqsədi ilə  Mingəçevir şəhəri Universitetində təşkil edilən seminarın rəhbər seçilmişdir. Kompyuter texnologiyaları əsasında bir neçə dərs  tərtib edib ACCELS  təhsil ocağı vasitəsilə  müəllimlərə təqdim etmişdir.
Sabail rayonu üzrə “Tarixin tədrisində müasir interaktiv metodlardan istifadə edilməsi” adlı seminarların rəhbəri olmuş. “Təhsildə keyfiyyət ili” çərçivəsində keçirilən müsabiqələrin rayon, şəhər, respublika turunun ən fəal iştirakçısı olmuş, “Müasir təlim metodlarının tətbiqinə” dair ən yaxşı metodik tövsiyəyə görə BTİ – nin I-ci Dərəcəli Diplomuna, “Pedaqoji mühazirələr”-in  iki dəfə 2002 və 2003-cü illərdə qalibi kimi Təhsil Nazirliyinin 1 Dərəcəli Diplomuna həm də Fəxri Fərmana  layiq görülmüşdür.

2004-2006-ci illər ərzində  yeni  biliklər qazanmaq üçün daha bir maraqlı elmi sahə açıldı. Bu -   Azərbaycan Psixoloqlar Assosiasiyası və ABŞ Beynəlxalq Əlaqələri İnstitutun tərəfindən həyata  keçirilən bir neçə layihələrdə iştirak etdi.
2007-ci ildə “Azərbaycan Amerika Məzunların Assosiasiyası”nın  bir neçə nəfər üzvləri  öz qabiliyyətlərini birləşdirərək, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəyi ilə müəllimlər üçün metodik vəsait “İnsan və cəmiyyət” hazırlanıb, içtimai fənn müəllimlərinə xüsusi seminarlarda bu vəsait pulsuz  paylanılmışdı.

Təhsildə yeni texnologiyalarının  tətbiqi, həmçinin İKT sahəsində olan marağı  “Mədəd” və “İntel”- gələcək üçün təhsil” proqramlarında iştirakına gətirib çıxartdı. 

Aşağıda adları çəkilən məcmuələri və metodik vəsaitləri çap olunmuşdur.

Seminarlarda və konfranslarda iştirak etmişç məruzələrlə çıxış etmişdir. İREX terefinden təşkil olunmuş konfranslarda ingilis dilində  “Confliktlərin həlli” adı olan “master-klass” aparılmışdir.

2012-ci ildə Türkiyyədə Ankara şəhərində keçirilən “ Türkiye Yenilikçi Öğretmenler Forumu”na iştirak etmişdir.

MƏDƏD -  ULTRA tərəfindən təşkil olunmuş müxtəlif treninglerde (Mimio, Təhsil portali, elektron jurnali və s.) iştiak etmişdir.
“Tarixin tədrisində müasir üsullar” məcmuəsı (şərhlər, tövsiyələr, nümunələr). Bakı-2000. “Azərbaycanın əsas ehtiyatı (neft)”.
“Orta məktəbdə içtimai elmlərin innovasiya metodu ilə tədrisi”. A.Əliyeva, Z.Məhəmmədova, R.Məlikov. Bakı “Mütərcim-2001”.
“Pedaqoji Universitet və İnstitutlarda bakalavr hazırlıgı üçün Proqram”. Tarixin interaktiv təliminin metodikası. Bakı-2002.
“ABŞ-da Təhsil: Standartlar, proqramlar ... və sair” “Exo”.6 avqust 2005-ci il.
“Təhsil: İnformasiya Cəmiyyətinin formalaşmasında orta məktəbin rolu” “Zerkalo” 22 iyul 2006-ci il.
 “Azərbaycanda İnformasiya Cəmiyyətinin yaranma və inkişafı bəzi tarixi nöqteyi-nəzərdən”. “Kibernetika və informatika problemləri” Beynəlxalq Konfransı. Cild 2. Oktyabr 2006-ci il. Bakı.Azərbaycan.
“Azərbaycanda İnformasiya Cəmiyyətinin yaranma tarixi”. “Azərbaycan və azərbaycanlılar” jurnalı. №5-12 2006-ci il.

 “İnsan və cəmiyyət”. Müəllimlər üçün metodiki vəsait (8-ci sinif). Bakı-2007. 

E-mail:zema7587@gmail.com

İş təcrübəsi: 1988-ci ildən