1990-cı ildə V.İ.Lenin adına Pedaqoji İnstitutu (N.Tusi adına Azərbaycan Pedaqoji Universiteti) bitirib. Həmin ildən pedaqoji fəaliyyətə başlayıb.
2003-2006-cı illərdə XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi kompleksində çalışıb.
2010-cu ildən Akademik Zərifə Əliyeva adına liseydə Tərbiyə üzrə direktor müavini (Təşkilatçı) vəzifəsində fəaliyyətə başlamışdır. Hal-hazırda liseyin Azərbaycan dili və ədəbiyyat müəllimidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd” təşkilatı tərəfindən təşkil edilmiş İKT-nin təhsildə tətbiqi üzrə İntel “Gələcək üçün Təhsil” təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə - sertifikat (2011)
Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd” MMC tərəfindəm İnzibati-idarəetmə heyəti üçün təşkil edilmiş “ İKT-nin tətbiqi və idarəetmə sistemləri” təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə - sertifikat (2011)
“UNİSEF” təşkilatı tərəfindən təşkil edilmiş “Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi və fəal təlim” mövzusunda keçirilən təlimçilərin təlimi kursunda iştirakına görə– sertifikat (2012)
Korea Education Frontier Association tərəfindən təşkil edilmiş “ Tədrisdə İKT-nin tətbiqi” təlimini uğurla bitirdiyinə görə - sertifikat (2014)
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” ixtisasartırma təhsil proqramını keçdiyinə görə - ixtisasartırma təhsili haqqında sertifikat (2014)