Məqsəd və vəzifə

Missiya

Effektiv təhsil sistemlərinin komponentlərini tətbiq etməklə dünyaya açıq, milli- mənəvi dəyərlərə sadiq, sosial fəal, həyati bacarıqlara malik, rəqabət qabiliyyətli fərdin yetişdirilməsi üçün mühitin formalaşdırılması.

Məqsəd

Liseyin əsas məqsədi milli-mənəvi dəyərlərə, yaradıcı təfəkkür və məntiqi yanaşmaya malik gənclərin dünyaya inteqrasiya edilməsi, müstəqil şəxsiyyət kimi formalaşdırılmasından ibarətdir. Təlim-tərbiyə, yeni və səmərəli təhsil yanaşmaları müasir metod və texnologiyalar üzərində qurulur.

Liseyin əsas vəzifəsi cəmiyyətə yararlı, hərtərəfli inkişaf etmiş layiqli vətəndaş formalaşdırmaq, dünyanın qabaqcıl və nüfuzlu ali təhsil müəssisələrində təhsil ala biləcək şagirdlər yetişdirməkdir.

Lisey fundamental və tətbiqi biliklərin tədrisini əsas tutaraq, tədris prosesinin tədqiqatyönümlü olmasına şərait yaradır, şagirdləri yaradıcılığa və axtarışa həvəsləndirir, onların istedadını müxtəlif yollarla üzə çıxarır, nümayiş etdirir və dərsdənkənar təlim imkanlarını genişləndirir. Şagirdlərdə vətənpərvərlik, səmimilik,dözümlülük, tolerantlıq, xalqa məhəbbət duyğuları ön plana çəkilir, hər bir şagirdə dövlətçilik prinsiplərinin qorunması aşılanır.

Liseyin əsas vəzifələri

  • şagirdlərin fiziki və intellektual inkişafı üçün əlverişli şərait yaratmaq;
  • şagirdlərin meyil və maraqlarını nəzərə almaqla istedad və qabiliyyətinin reallaşdırılmasına çalışmaq;
  • şagirdlərdə ünsiyyət mədəniyyəti, təşkilatçılıq, tədqiqatçılıq, birgə fəaliyyət bacarıqları, obrazlı və tənqidi təfəkkür formalaşdırmaq;
  • informasiya – kommunikasiya texnologiyalarından sərbəst istifadə etmək, xarici dillərdən birində ( yaxud bir neçəsində ) ünsiyyət saxlamalarını təmin etmək;
  • şagirdlərdə sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş mövqeyi formalaşdırmaq;
  • ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaratmaq;
  • ümumi mədəniyyətə malik, milli mənəviyyatlı şəxsiyyət yetişdirmək;
  • müstəqil və demokratik Azərbaycan Respublikasının inkişafı naminə fədakarlıqla çalışan ləyaqətli vətəndaş tərbiyə etməkdən ibarətdir.