"Gəl, robotu birlikdə öyrənək" qrant layihəsinin bağlanış tədbiri keçirilib

15 Mart 2024

"Gəl, robotu birlikdə öyrənək" qrant layihəsinin bağlanış tədbiri keçirilib.

5 ay müddətində akademik Zərifə Əliyeva adına liseyin və Kürdəmir rayonu Qacar Sadıqov adına Mollakənd kənd tam orta məktəbin bir qrup şagirdləri ilə keçirilən layihə uğurla yekunlaşıb.

Tədbirə şəhidlərimizi anaraq və Dövlət himnimizi səsləndirməklə başlanılıb. Layihə rəhbəri Zəka İbrahimov layihə və məqsədi ilə bağlı iştirakçılara bir daha məlumat verərək layihədə bu müddət ərzində görülən işlərdən danışıb.Layihə təlimləri zamanı, səfərlər və yarışlar zamanı qeydə alınanlardan hazırlanan video-slayd nümayiş etdirilib.Layihə haqqında akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva öz ürək sözlərini söyləyib. Layihədə əldə olunan imkanlardan danışıb.
Sonda layihə iştirakçıları dəvət edilərək sertifikatlarla təltif ediliblər.

Layihə zamanı əziyyəti və dəstəyi olan hər kəsə bir daha dərin təşəkkürümüzü bildiririk.