Dövlət İmtahan Mərkəzinin (DİM) yaradılmasının 10 illik yubileyi münasibətilə təhsil sahəsində göstərdikləri səmərəli fəaliyyətə görə liseyimizin bir qrup müəllimi Fəxri Fərmanla təltif olunmuşdur.
İllərin təcrübəsi, sonsuz səbir və peşəkarlıqla çalışan müəllimlərimizi ürəkdən təbrik edirik.
Bu mükafat təkcə fərdi uğur deyil, həm də liseyimizin tədris keyfiyyətinə və gələcəyimiz olan gənclərin yetişdirilməsinə verilən dəyərin göstəricisidir.
Təltif olunan müəllimlərimiz:
1.Ağalarov Pərviz
2.Allahyarov Elburus
3.Əlizadə Aynur
4.Həmidov Sadiq
5.Hümbətova Gülnar
6.İsmayılova Aynurə
7.Məmmədli Ələddin
8.Tahirli Aytən
Əziz müəllimlər, bu uca və şərəfli yolda qazandığınız uğurların davamlı olmasını arzulayır, sizə möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları diləyirik. Bilik və nur payladığınız yollar hər zaman işıqlı olsun!








