2026/2027-ci tədris ili üçün Akademik Zərifə Əliyeva adına Liseyin VIII və IX siniflərinə qəbul elan edilir!
- VIII siniflər üzrə qəbul imtahanı Tədris dili və Riyaziyyat fənlərindən təşkil olunur.
- IX siniflər üzrə qəbul imtahanı isə qruplar üzrə keçirilir:
I qrup
- Tədris dili – 20 sual
- Riyaziyyat – 20 sual
- İngilis dili – 20 sual
- Məntiq – 20 sual
- Fizika – 20 sual
- Kimya – 20 sual
II qrup
- Tədris dili – 20 sual
- Riyaziyyat – 20 sual
- İngilis dili – 20 sual
- Məntiq – 20 sual
- Tarix – 20 sual
- Coğrafiya – 20 sual
III qrup
- Tədris dili – 20 sual
- Riyaziyyat – 20 sual
- İngilis dili – 20 sual
- Məntiq – 20 sual
- Tarix – 20 sual
- Ədəbiyyat – 20 sual
IV qrup
- Tədris dili – 20 sual
- Riyaziyyat – 20 sual
- İngilis dili – 20 sual
- Məntiq – 20 sual
- Fizika – 10 sual
- Kimya – 10 sual
- Biologiya – 20 sual
İmtahanda iştirak etmək üçün aşağıda qeyd edilən sənədləri əldə etdikdən sonra liseyə yaxınlaşaraq müraciət edə bilərsiniz.
Qeyd edək ki, elektron formada qeydiyyat aparılmır, sənədlərin qəbulu onlayn aparılmır!
8-ci siniflər üçün
1. Müraciət anketi linki
2. Şagirdin şəxsiyyət vəsiqəsinin surəti
3. Valideynin şəxsiyyət vəsiqəsinin surəti
4. Şagirdin son 4 ayda çəkilmiş 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkli
9-cu siniflər üçün
1. Müraciət anketi linki
2. Şagirdin şəxsiyyət vəsiqəsinin surəti
3. Valideynin şəxsiyyət vəsiqəsinin surəti
4. Şagirdin son 4 ayda çəkilmiş 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkli
İmtahan tarixləri ilə bağlı sosial şəbəkə hesablarımızda məlumat veriləcək.
Liseyimizdə təhsil almaq istəyən bütün şagirdlərə uğurlar arzulayırıq!

