XI sinif şagirdimiz 19-cu Asia Pasifik İnformatika Olimpiadasında (APIO2025) bürünc medal qazanıb

29 May 2025

17-18 may 2025-ci il tarixlərində Özbəkistan tərəfindən onlayn təşkil olunan Asia Pasifik İnformatika Olimpiadasına şagirdlərimiz virtual olaraq Fransız-Azərbaycan Universitetindən qoşulublar. Nəticələrə əsasən qeyd olunan yarışda Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ayxan Dəmirli bürünc medala layiq görülüb.

Ayxan Dəmirlini bu yüksək nəticəyə görə ürəkdən təbrik edir, hər zaman bol-bol nailiyyətlər əldə etməyi arzu edirik.

Qeyd edək ki, “Azercell Telekom” MMC 2017-ci ildən etibarən Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində rəqəmsal savadlılığın inkişafına töhfə vermək məqsədilə gənc istedadların informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək göstərir. Bu illər ərzində həm paytaxt, həm də bölgə məktəblərinin şagirdləri müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma müsabiqələrində ümumilikdə 91 medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər.