Maddi-texniki baza

Akademik Zərifə Əliyeva adına lisey bir korpusdan ibarət üç mərtəbəli binada yerləşir. Liseydə 33 sinif otağı, multimedia və fənn kabinetləri, fizika və kimya laborotoriyaları, 4 kompüter otağı, müəllimlər otağı, kitabxana, yeməkxana, idman zalı mövcuddur. 2014-cü ildə Koreya-Azərbaycan İKT əsaslı innovativ tədris layihəsi çərçivəsində liseyimizdə İKT əsaslı innovativ tədris otağı yaradılmışdır.

Sinif otaqları, laboratoriyalar və idman zalı müasir avadanlıqlarla təhciz olunmuş, süni örtüklü futbol meydançası, voleybol və basketbol meydançaları şagirdlərin ixtiyarına verilmişdir. Bununla yanaşı liseyin geniş və işıqlı informasiya resurs mərkəzi dərslik, elm və bədii kitablarla zəngin kitabxanası vardır. Liseydə Müasir Təhsil və Tədrisə yardım mərkəzinin xətti ilə resurs mərkəzi yaradılıb. Bu mərkəzdə toplanılan zəngin kitab bazasından müəllim və şagirdlər istifadə edirlər.