X sinif şagirdimiz “Stars of Informatics” müsabiqəsində bürünc medal qazanıb

22 Oktyabr 2025

18-19 oktyabr tarixlərində Rumıniya Respublikası tərəfindən virtual şəkildə keçirilən müsabiqədə X sinif şagirdimiz Fateh Əhmədzadə uğurla çıxış edib. 10 ölkədən 120 iştirakçının qatıldığı müsabiqədə Fateh Əhmədzadə bürünc medala layiq görülüb.

Bu uğur münasibətilə Fatehi bir daha təbrik edir, hər zaman yüksək nailiyyətlər əldə etməyi arzulayırıq.