Bildiyimiz kimi, respublikamızda sağlam ekoloji yaşıl mühitin yaradılması məqsədilə “Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyası keçirilir.
8 noyabr- Zəfər Gününə həsr olunmuş aksiya çərçivəsində şagirdlərimiz liseyin həyətini yaşıllaşdırmaq məqsədilə ağac və kollar əkmişlər. Aksiyanın keçirilməsində əsas məqsəd yaşıllaşdırma işlərinin aparılması ilə yanaşı şagirdlərin diqqətinin yaşıllıqların qorunmasına yönəldilməsidir.
Zəfərdən yaşıl düşüncəyə
25 Oktyabr 2021






