Bu gün akademik Zərifə Əliyeva adına liseydə Ümummilli Lider Heydər Əliyevin anım günü ehtiramla qeyd edildi. Liseyin tarix müəllimi, t.ü.f.d., dosent Fərhad Cabbarov tədbirdə çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olduğunu qeyd edərək bildirdi ki, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.