12 dekabr 2024-cü il tarixində akademik Zərifə Əliyeva adına liseydə Ümummilli Lider, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədi yaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı növbəti tədbir keçirildi.
Anım gününə həsr olunmuş tədbirdə liseyin tarix müəllimi Pərviz Ağalarov çıxış edərək bildirdi ki, bir şəxsiyyət kimi Heydər Əliyevin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməzdir.