14 iyun 2018-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə ənənəvi “Son zəng” tədbiri keçirildi. Rəsmi hissəni liseyin direktoru Mehriban Vəliyeva açıq elan etdikdən sonra 11-cilər hazırladıqları rəqs və musiqi nömrələri ilə çıxış etdilər. Ənənəvi kubok təqdimetmə mərasimi keçirildikdən və lisey şagirdləri onların üzərində əvəzsiz əməyi olan müəllimlərindən halallıq istədikdən sonra Son Zəng çalındı.
Akademik Zərifə Əliyeva adına liseydə "Son zəng" tədbiri keçirilmişdir
14 İyun 2018




