Rəsullu Kəmalə İslam qızı

  • 1992-ci ildə Şəki şəhərində anadan olmuşdur.
  • Orta təhsilini Şəki şəhəri 19 saylı tam orta məktəbdə almış və məktəbi “əla” qiymətlərlə yekunlaşdırmışdır.
  • 2013-cü ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin
  • İnformatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsilini bitirmişdir.
  • 2015-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin “İnformasiya sistemləri” ixtisası üzrə magistr təhsilini bitirmişdir.
  • İlk pedaqoji fəaliyyətinə 2015-ci ildə “Profi Resurs” özəl peşə ixtisası məktəbində informatika müəllimi kimi başlamışdır.
  • 2017-ci ildən Akademik Zərifə Əliyeva adına liseyin informatika müəllimi olaraq işə başlamışdır.
  • Şagirdləri ilə 2018-ci ildə “FLL” Robototexnika festivalında 1ci yer üzrə kubok;
  • 2019-cu “Sabahın alimləri” layihə müsabiqəsində qızıl medal,
  • “İnfomatrix” Beynəlxalq IT və layihə olimpiadasında 1 qızıl və 1 gümüş olmaqla 2 medal və digər yerli olimpiadalarda bir sıra medallar qazanmışdır.
  • 2019-cu ildə Təhsil Nazirliyinin və "ORT İsrael"in dəstəyi ilə İsraildə təşkil edilən "Training on İnnovative Learning in Project Based Learning and Robotics" təliminə qatılan
  • Azərbaycan heyətinin tərkibində iştirak etmiş daha sonra Azərbaycanda STEAM təhsilinin təbliği üçün fəaliyyətinə başlamışdır.
  • Azərbaycanda 2021-ci ildə keçirilən ilk SAF-Steam Azərbaycan Festivalında “Open category” üzrə kordinator kimi çalışmışdır.
  • Həmin vaxtdan bu günədək təlim və tədris vəsaitlərinin hazırlanması, təlimçilər və müəllimlər üçün təlimlərin təşkili kimi sahələrdə Azərbaycan Respublikası Təhsil İntititutu ilə əməkdaşlıq edir.