Ənənəvi Lisey Günü

22 Sentyabr 2012

Artıq iki ildir ki, liseyimizdə müəllim və şagirdlər tərəfindən  sevilən  bir gün -  Ənənəvi  Lisey Günü  keçirilir. Bu gün tədris ilinin başlanması münasibəti ilə hamı Dənizkənarı  parka gəzintiyə çıxır. Bu adi  gəzinti  deyil,  şagirlər  həm də Bakının, Dənizkənarı parkın, Bakı küçələrinin tarıxı, coğrafi  mövqeyi barədə maraqlı məlumatlar əldə edirlər.  Bu işdə  əlbəttə ki liseyimizin tarix , coğrafiya müəllimləri  şagirdlərə kömək edirlər.


Dənizkanarı Parkda hamının diqqətini cəlb edən kollektiv gəzintintidən sonra, hər bir sinif  sinif rəhbəri ilə sakit bir guşəyə çəkilib, yay təəssüratlarını həm müəllim, həm də  bir-biri ilə bölüşür. Qarşıdakı tədris ilində görüləcək işləri planlaşdırırlar.


Gəzinti zamanı yaranan xoş təəssüratlar,  çəkilmiş fotoşəkillər uzun zaman belə qeyri-adi  bir günün xatirəsini yaddaşlarda yaşadır.


Gəzinti zamanı yaranan xoş təəssüratlar,  çəkilmiş fotoşəkillər uzun zaman belə qeyri-adi  bir günün xatirəsini yaddaşlarda yaşadır.