Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır
U.M.Tekkerey
Ürəyi və ağlı dünya və insanlıq sevgisi ilə dolduracaq biri varsa, o da məhz cansız vərəqlərdə həyat adlı nemət yaşadan Kitabdır. O, insanın ilk dostu, müəllifin bəşər nəslinə hədiyyəsi, nəsillərin bir-birinə vəsiyyətdir.
25-27 may 2016-cı il tarixində Akademik Zərifə Əliyeva adına liseydə ənənəvi "Ən yaxşi oxucu mənəm" müsabiqəsi keçirildi.
Müsabiqənin şərtinə görə hər bir iştirakçı bir mövzu götürür, mövzuyla bağlı çox sayda əsər oxuyur, ona uyğun slayd düzəldir və son olaraq mövzusunu münsiflər heyətinin qarşısında müdafiə edir. Münsiflər heyəti isə müxtəlif meyarlar üzrə iştirakçını qiymətləndirir və ən yüksək nəticə toplayan iştirakçılar 1,2, 3-cü yerə layiq görülərək qiymətli hədiyyələr və diplomla mükafatlandırılırlar.
Münsiflər heyətinin tərkibi:
Akademik Zərifə Əliyeva adına lisey
1. Direktor, f.e.d. Mehriban Vəliyeva
2. İRM mərkəzi-kitabxana müdiri Iradə Hacızadə
3. İKT üzrə direktor müavini Aygün Əzizova
4. Rus dili və ədəbiyyatı müəllimi Alla Hacıyeva
5. Psixoloq Rima Kərimova
6. Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Bağırova
Müdafiə mövzuları:
Azərbaycan bölməsi
1. Rasizm və ya Solomon Nortopun 12 illik əsarəti (Multikulturalizm)
2. Eşqin kimyası ( Mövlanənin qızı Kimya xatunun eşq fəlsəfəsi və fənafillaha doğru getdiyi yol)
3. Müdriklik çadırı ( Ömər Xəyyam)
4. Sirri-nağıl ( dünyanın ilk nağılı və sirli reallıqlar)
5. Favnın Monsenyor le Bossu Trajeani ( Viktor Huqo " Paris Notr Dam kilsəsi)
6. Nizami və kainat
7. Qurani-Kərimdə rəqəmlər dünyası
8. Homerin "İliada" əsərində Troyanın izi ilə ( Henrix Şlimanın inadı )
9. Drakula
10. Əfsanəvi Şerlok Holmsla əbədi rəqibi Erkul Puaro
Rus bölməsi
1. Yeniyetmələrin psixoloji problemlərinə həsr olunmuş müasir ədəbiyyat
2. Den Braun və əsərləri
3. Teodor Drayzerin yaradıcılığı
4. Erin Makken
5. Rəssamın ruh dunyası
Qaliblərin adları yaxın günlərdə açıqlanacaq.