"Əli və Nino" əsəri yenidən şagirdlərin müzakirəsində
22 Dekabr 2015
22 dekabr 2015-ci il tarixində 10R1 və 10R3 sinif şagirdləri ilə kitab klubunda "Əli və Nino" əsərinin müzakirəsi keçirildi. Müzakirədə liseyin direktoru M.Vəliyeva, informasiya resurs mərkəzinin rəhbəri İ.Hacızadə, rus dili və ədəbiyyatı müəllimləri M.Mustafayeva, A.Hacıyeva və başqaları iştirak edirdilər. "Əli və Nino" əsərinə müxtəlif mövqedən yanaşma təqdimatların əsasını təşkil edirdi. 10R3 sinif şagirdi M.Məsimova Qurban Səid adı altında gizlənən müəammalarla dolu müəllifin kimliyinə və sirlərlə əhatə olunmuş əlyazmanın geridə qoyduğu sonsuz suallara aydınlıq gətirməyə çalışıb. 10R3 sinif şagirdi N.Məmmədova o dövrün tarixi şəraitindən, N.Abdurəhimova, Ç.Məmmədova romanın əsasında duran "Şərq və qərb mədəniyyətlərinin qarşıdurması"ndan , 10R1 sinif şagirdi N.Həsənova əsərdə göstərilən dövrdə qadınları əhatə edən problemlərdən, 10R1 sinf şagirdi N.Məmmədova "Şərqdə münasibətlərin əsas xüsusiyyətləri" ndən bəhs etdilər. Son olaraq 10R3 K.Eyvazlı, 10R1 A.Əliyeva müzakirə edilən mövzu barədə göstərilən faktlara əsaslanıb ümumi nəticəyə gələrək müzakirəni yekunlaşdırdılar. Şagirdlərin çıxışı iştirakçılar tərəfindən təqdirəlayiq hesab edildi.