Artıq şagirdlərimiz beynəlxalq səviyyəli layihələrdə çıxış edərək uğur qazanırlar. 10 r4 sinif şagirdləri Leyla Ələkbərli və Vüsalə Süleymanovanın "İri şəhərlərin yaşıllaşdırılmasının ekoloji modeli" adlı layihəsi 29 aprel-05 may 2015 -ci ildə Keniyada keçiriləcək Beynəlxalq elm-layihə olimpiadasının, həmçinin 31 may- 05 iyun2015-ci ildə Niderlandda keçiriləcək İNESPO layihə olimpiadasının finalçıları sırasına daxil edilmişdir. 10r1 sinif şagirdi İlkin Musayev Proqramlaşdırma üzrə bir layihə ilə, 9-cu sinif şagirdləri Əsgərov Ələkbər, İbrahimzadə Samir və 10 r1 sini şagirdi Əlizadə Cəmil "Robot texnikası" üzrə birgə layihələri ilə liseyimizi bu ilin aprel ayında Çində keçirilən beynəlxalq müsabiqədə təmsil edəcəklər.
10 r3 sinif şagirdi Sonaxanım Musayeva "ERASMUS" proqramının 31 mart- 7 aprel 2015-ci il tarixində Bolqarıstanda keçirdiyi təlimlərə dəvət edilmişdir. Bundan əlavə, may ayında İstanbulda keçirilən "MEF" Beynəlxalq Tədqiqat Layihələri yarışmasında liseyimizin 10a1 sinif şagirdləri Orxan Əhmədov və Tuncay Tağıyev kimya üzrə birgə hazırladıqları layihə ilə iştirak edəcəklər. Mart ayında bir qrup şagirdin İtaliyada Roma şəhərində konfransda uğurlu çıxışı və aprel ayında İstanbulda keçiriləcək konfransda bir qrup şagirdin iştirak hüququ qazanması sevindirici haldır. Şagirdlərimizin beynəlxalq səviyyəli layihələrə marağı getdikcə artır və gələcəkdə bu tipli layihələrdə daha çox şagirdlə təmsil olunmaq niyyətindəyik.
Biz də Zərifə Əliyevanın adını daşıyan təhsil ocağına bundan sonra da bu ada layiq olmağı arzulayırıq.