“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması sahəsində aparılacaq işlərə start verilmişdir.
Liseyin 9 r2 sinfinin texnologiya dərsində şagirdlər tərəfindən yol hərəkəti qaydalarını tənzimləyən Microbit vasitəsilə hazırlanmış işıqfor, yol nişanları və yolun TinkerCAD-da 3D modelləri nümayiş etdirilmiş, onların insan həyatındakı rolu barədə təqdimatlar dinlənilmişdir. Şagirdlər tərəfindən yol hərəkəti qaydaları ilə bağlı sorğu vərəqləri hazırlanmış və əhali arasında bu sorğunun keçirilməsi üçün hazırlıqlar aparılmışdır.
Mövcud vəziyyətdə xüsusi karantin rejimi ilə bağlı sorğunun keçirilməsi müəyyən müddətə təxirə salınmışdır.