26.02.2020-ci il tarixində liseydə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Xocalılarsız Xocalı” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xocalı faciəsi və Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verildi. Ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə qırğınlar törətdiyi qeyd edildi, Xocalı soyqırımının bəşəriyyət tarixində amansızlıqla törədilmiş ən qanlı faciələrdən biri olduğu vurğulandı. Daha sonra şagirdlər hazırladıqları “Vətən” adlı bədii kompozisiya ilə çıxış etdilər.
Liseyin şagird və müəllim kollektivinin iştirakı ilə şəkilmiş “Qarabağ” və “Müharibədən məktub” klipləri nümayış etdirildi.
Tədbirin sonunda liseyin direktoru Mehriban Vəliyeva çıxış etdi və şagirdlərə tariximizin qanlı səhifələrini unutmamağı tövsiyə etdi.