Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi

17 Yanvar 2020

    

     17. 01.2020 -ci il tarixində  liseydə Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən, şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edən “20 Yanvar- Qərəmanlıq  salnaməsi” mövzusunda dərslər keçirildi. 

       Daha sonra liseyin 11-ci sinif şagirdlərinin və  müəllim kollektivinin işrtirakı ilə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş toplantıda  20 Yanvar faciəsini əks etdirən videofilm nümayiş etdirildi. Toplantıda iştirak edən   şagirdlərin hazırladıqları çıxışlar  tariximzin qan yaddaşının heç bir zaman unudulmayacağına bariz nümunə idi. O dəhşətli günün canlı şahidlərindən olan liseyin fizika müəllimi  Hədiyyə Qənbərova öz xatirələrini şagirdlərlə bölüşdü. Tarix  müəllimi Pərviz Ağalarov  öz çıxışında şagirdləri maraqlandıran sualları cavablandırdı.

      Toplantının sonunda liseyin direktoru Mehriban Vəliyeva çıxış edərək qeyd etdi ki, biz şəhidlərimizi xatırlayarkən kədər hissi ilə yanaşı qürur hissi də duymalıyıq. Çünki belə övladları olan Vətən heç vaxt məğlub olmaz.

        Toplantıdan sonra  liseyin  şagird və müəllim kollektivi şəhidlər qarşısında mənəvi borcunu ödəmək , şəhidlərimizin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına yürüş etdi.