20 yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq məktəbimizin müəllim kollektivi 20 yanvar abidəsini ziyarət etmişdir.
Tədbir iştirakçıları mövzu ilə əlaqədar öz fikirlərini bölüşmüşdür.
Qanlı yanvar gecəsindən artıq 29 il ötür. 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini böyük hörmət və ehtiramla əziz tutur, hər il respublikanın idarə və təşkilatlarında onların xatirəsinə həsr edilmiş müxtəlif tədbirlər həyata keçirilir.