22.11. 2019-cu il trixində Akademik Zərifə Əliyeva adına liseydə Nanoelm və nanotexnologiyanın inkişafına görə YUNESKO mükafatına layiq görülmüş, elmi nailiyyətləri YUNESKO ensiklopediyasına daxil edilmiş ilk milli sərvətimiz olan Texnika elmləri doktoru , professor Eldar Qəşəm oğlu Şahbazovla görüş keçirilmişdir
E. Şahbazov şagirdlərə nanotexnologiya sahəsində etdiyi ixtiralardan danışmış, ixtiralarının neft və qaz sənayesində spesifik əhəmiyyətini izah etmişdir. Daha sonra E.Şahbazov Azərbaycan Respublikasında çalışan alimlərin nanotexnologiya sahəsində apardığı elmi-tədqiqat işlərindən geniş söz açmış, müəllim və şagirdlərin nanotexnologiyalarına aid suallarını cavablandırmışdır.
Liseydə təhsil alan şagirdlərin elmi işləri ilə maraqlanan alim müəllifi olduğu “Akademik Azad Mirzəcanzadə-Neft elminin fenomeni” adlı kitabını tədbirdə fəal iştirak edən şagirdlərə və müəllimlərə təqdim etmişdir.
Tədbirin sonunda liseyin müəllim və şagird kollektivi ilə xatirə şəkli çəkilmişdir.