15 mart 2017-ci il tarixində Təsviri incəsənət müəllimi Məhsəti Məmmədovanın "Arif Hüseynov: Azərbaycan nağılı" mövzusunda açıq dərsi baş tutdu. Açıq dərsdə Arif Hüseynovun "Qarabağnamə" və "Azərbaycan xalq nağılları" silsiləsindən verilmiş əsərlərini şərh edən şagirdlər daha sonra "Novruz xonçası" mövzusunda natürmort çəkdilər. Sonda şagirdlər təsviretmə, təsvir vasitələrindən istifadəetmə və təqdimetmə meyarına uyğun qiymətləndirildilər. Açıq dərs müəllimin işinə yaradıcı yanaşması,şagirdlərin aktivliyi ilə yadda qaldı.